Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Qabaq Dolması Resepti Resepti, Kartoflu Qabaq Dolması Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Qabaq Dolması Resepti

Son yenilənmə tarixi 04/09/2023 by Leyla Xanım

kartofluqabaqdolmasi

reklam



Ərzaqlar:

1 qabaq
3-4 kartof
200 q toyuq qiyməsi
1 x.q. un
1 soğan
1 ədəd əridilmiş pendir kubiki
duz
istiot
1 yumurta
bitki yağı
mayonez


Hazırlanması:

Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın. Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun. Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin.
Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani