Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Qəlyanaltılıq Keks Resepti, Kartoflu Qəlyanaltılıq Keks Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Qəlyanaltılıq Keks

Son yenilənmə tarixi 07/12/2023 by Leyla Xanım

kartofluqelyanaltiliqkeks

reklam



Ərzaqlar:

4-5 ədəd kartof
1 su st. qatıq
1 su st. duru yağ
3 yumurta
2 su st.un
1 paket qabartma tozu
duz
istiot
cirə,razyana
100 qr. ağ pendir

Üzəri üçün:
küncüt,çörəkotu


Hazırlanması:

Kartofları soyub doğrayın. Duxovka listinin içinə yerləşdirin. Ayrı bir qabda yumurtanı, duru yağı və qatığı qarışdırın. Unu və qabartma tozunu da əlavə edin.Sonda ədviyyatları da qatıb qarışdırın.
Keksin xəmiri kimi bir az sulu olacaqdır.(şəkillərdə görünür) Doğranmış kartofun üzərinə xırda-xırda doğradığınız pendirləri də səpələyin. Hazırladığınız bu qarışımı pendirli kartofun üzərinə tökün. Üzərini bəzəyərək 170 dərəcədə üzəri qızarana qədər təxminən 20-25 dəqiqə bişirin. NUŞ OLSUN.

QEYD: Keks xəmirini tökdüyünüz zaman sinini bir az əlinizdə silkələyin ki,xəmir kartofun altına keçsin.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

4 Yorum

  1. ayka dedi ki:

    cox beyendim lezzetli yemekdi

  2. deniz memmedzade dedi ki:

    maraqlidi yeqin dadida yaxwidi.

  3. ayşe dedi ki:

    ÇOX QƏŞƏNG GÖRÜKÜR GÖRÜNÜŞÜ KİMİ DADI DA ELƏDİ YƏQİN

  4. sebnem dedi ki:

    oofff bu nee lezzet bisirende deyecem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani