Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Peraşki Resepti, Kartoflu Peraşki Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Kartoflu Peraşki

Son yenilənmə tarixi 01/08/2023 by Leyla Xanım

kartofluperaski

Rəna Xanım ‘ın resepti:

reklam



Ərzaqlar:

Xəmiri üçün:
1 kq un
600 qr. qatıq
1 ç./q.soda
2 ç./q. duz
2 yumurta

İçi üçün:
4  -5 ədəd kartof
1 ədəd soğan
duz, istiot
soğanı qızartmaq üçün:
2  -3 x/q. yağ
zövqə görə göyərti (şüyüd,keşniş)


Hazırlanması:

İçi hazırlamaq üçün əvvəlcə kartofu (suda)  soyutma  bişirin.Bişdikdən sonra qabığını soyub  varsa kartof əzənlə  yoxsa çəngəllə  əzin.Ayrı bir qazanda soğanı xırda  xırda doğrayın, bir az qovurun, üzərinə  əzilmiş  kartofu tökərək qarışdırın  və bir  iki dəqiqə  qovuraraq oçaqdan alın.Sonda  zövqə  görə göyərti  əlavə  edə  bilərsiniz.

Xəmiri hazırlamaq üçün qatıqla sodanı qarışdırıb bir az çalın.Üzərinə  yumurtanı, duzu  və unu əlavə edərək yoğurun.Xəmirdən  xırda   kündələr düzəldib  (un  səpərək) yayın.İçinə hazırladığınız  içdən  qoyub  duru yağda qızardın.Qızarmış peraşkilərin yağının süzülməsi üçün  əvvəlcə kağız salfetkanın üzərinə sonra da boşqaba düzün.NUŞ OLSUN.

QEYD: Bu  resepti hem kartoflu hemde qiyməli hazırlaya bilərsiniz.Eyni zamanda  peraşkinin kündəsini həm yayaraq(qutab kimi) həm də yuvarlaq hazırlaya bilərsiniz. Xəmirini də  istəsəniz sadəcə su.duz və maya,un ilə  də yoğurub hazırlaya bilərsiniz.

kartofluperaski2

kartofluperaski3.2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

6 Yorum

  1. aysel dedi ki:

    Rəna xanım peraşki reseptiniz dadlı görsənir.İnan ürəyim bu dəqiqə peraşki istədi.təşəkkür edirəm
    çox yaxşı da hazırlanma qaydası vermisiniz..

  2. Gülnar dedi ki:

    Cox gozel tesekkurler.mutleq sinaqdan kecirecem.

  3. ayka dedi ki:

    ozum verdiyiniz peraskilerden yaxsi ve dadli bisirirem bu nedi her kes oz bisirdiyini beyener yoxsa yad bir adamin bisirdiyini yox

  4. azeri dedi ki:

    yaxsi reseptiler

  5. Polad dedi ki:

    superrrrrr!!!!!!!

  6. Aysel dedi ki:

    Cox asand resepti ailelikle cox sevirik peraskini cox sagolun

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani