Son yenilənmə tarixi 01/08/2023 by Leyla Xanım
Rəna Xanım ‘ın resepti:
Ərzaqlar:
Xəmiri üçün:
1 kq un
600 qr. qatıq
1 ç./q.soda
2 ç./q. duz
2 yumurta
İçi üçün:
4 -5 ədəd kartof
1 ədəd soğan
duz, istiot
soğanı qızartmaq üçün:
2 -3 x/q. yağ
zövqə görə göyərti (şüyüd,keşniş)
Hazırlanması:
İçi hazırlamaq üçün əvvəlcə kartofu (suda) soyutma bişirin.Bişdikdən sonra qabığını soyub varsa kartof əzənlə yoxsa çəngəllə əzin.Ayrı bir qazanda soğanı xırda xırda doğrayın, bir az qovurun, üzərinə əzilmiş kartofu tökərək qarışdırın və bir iki dəqiqə qovuraraq oçaqdan alın.Sonda zövqə görə göyərti əlavə edə bilərsiniz.
Xəmiri hazırlamaq üçün qatıqla sodanı qarışdırıb bir az çalın.Üzərinə yumurtanı, duzu və unu əlavə edərək yoğurun.Xəmirdən xırda kündələr düzəldib (un səpərək) yayın.İçinə hazırladığınız içdən qoyub duru yağda qızardın.Qızarmış peraşkilərin yağının süzülməsi üçün əvvəlcə kağız salfetkanın üzərinə sonra da boşqaba düzün.NUŞ OLSUN.
QEYD: Bu resepti hem kartoflu hemde qiyməli hazırlaya bilərsiniz.Eyni zamanda peraşkinin kündəsini həm yayaraq(qutab kimi) həm də yuvarlaq hazırlaya bilərsiniz. Xəmirini də istəsəniz sadəcə su.duz və maya,un ilə də yoğurub hazırlaya bilərsiniz.
Rəna xanım peraşki reseptiniz dadlı görsənir.İnan ürəyim bu dəqiqə peraşki istədi.təşəkkür edirəm
çox yaxşı da hazırlanma qaydası vermisiniz..
Cox gozel tesekkurler.mutleq sinaqdan kecirecem.
ozum verdiyiniz peraskilerden yaxsi ve dadli bisirirem bu nedi her kes oz bisirdiyini beyener yoxsa yad bir adamin bisirdiyini yox
yaxsi reseptiler
superrrrrr!!!!!!!
Cox asand resepti ailelikle cox sevirik peraskini cox sagolun