Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Börək Resepti, Kartoflu Börək Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Börək

Son yenilənmə tarixi 07/10/2023 by Leyla Xanım

kartofluborek

reklam



Ərzaqlar:

4 ədəd  yuxa
1 s. st. duru yağ
1x/q. sirkə
3 x/q. un

İç xərci üçün:
4 ədəd kartof
2x/q. duru yağ
1 ədəd soğan
1 ç./q. nanə qurusu
qarabibər, duz

Üzəri üçün;
1 ədəd yumurta


Hazırlanması:

Kartofları suda soyutma bişirin. Qabıqlarını  təmizləyərək  xırda xırda doğrayın. Soğanı istərsəniz  sürtgəçdən keçirin, istərsənizdə  xırda xırda  doğrayın.Duru yağda qızartdıqdan sonra kartofu  əlavə edin.Üzərinə duz və  ədviyyatları əlavə edib,  qovurun  və  soyumaya buraxın.

Duru yağ, sirkə  un  və duzu qarışdıraraq  qatı  bir  sous hazırlayın.

yuxalardan birini  sərin  və sousdan    3- 4  x/q. töküb fırça ilə yayın. İkinci  yuxanı  da  sərərək  yenə üzərinə sous tökün.(Bu zaman sirkənin qoxusu gələ bilər,  ama bişdikdən sonra çox gözəl olur.)

2 qat sərdiyiniz  yuxaları  pizza dilimi   şəklində 12  parçaya bölün. Üçbucaq  şəklindəki  yuxaların  enli tərəfinə kartofu qoyuruq  və  siqaret  kimi bükürük.  Bütün  börəkləri bitirdikdən sonra üzərinə yumurta sarısı  sürərək  180 dərəcədə üstü qızarana qədər bişirirk.  NUŞ OLSUN!

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. aytac dedi ki:

    elaaaaaa..lezzetlidi

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani