Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartof Küftəsi Resepti, Kartof Küftəsi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartof Küftəsi

Son yenilənmə tarixi 25/09/2023 by Leyla Xanım

kartofkoftesi

reklam



Ərzaqlar:

6 ədəd soyutma bişmiş kartof
1 yumurta
4 x/q. qarğıdalı nişastası
100 qram holland pendiri
duz,istiot,nanə
Zövqə görə:
cirə,kəklikotu
qırmızı bibər və s.
Köftələri bulamaq üçün:
2 x/q.qalet unu
Qızartmaq üçün:
duru yağ


Hazırlanması:

Kartofları bütöv şəkildə soyutma bişirin.Soyun və sürtgəcdən keçirin. Üzərinə 1 yumurtanın sarısını,(ağını köfteləri bulamaq üçün sonda istifadə edin) sürtgeçdən keçirilmiş pendiri,ədviyyatları qarışdırıb yoğurun,elinizə yapışarsa 1-2 xörək qaşığı un əlavə edin.
Hazırlanan bu qarışımdan əlinizdə istədiyiniz şəkildə köftələr hazırlayaraq əvvəlcə una sonra ayırdığınız yumurta ağına ən sonda da qalet ununa bulayaraq yağda qızardın.Qızartdığınız köftələri kağız dəsmalların üstünə alın ki yağlı olmasın.Köftələriniz süfrəyə vermək üçün hazırdır. NUŞ OLSUN!
QEYD: Bu reseptdə holland pendiri yerinə ağ normal pendir də istifadə edə bilərsiniz.Ama duzuna baxın ki duzlu olmasın.Ama heç pendir əlavə etmədən də hazırlana bilər.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. leyla dedi ki:

    Cox lezzetli gorsenir… Goresen mənde etsem bele alinar 😀

  2. Yemək dünyası dedi ki:

    Men eledim.heqiqetende alındı.Chox sagholun.

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani