Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kəsmikli Rulet Resepti, Kəsmikli Rulet Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kəsmikli Rulet

Son yenilənmə tarixi 24/09/2023 by Leyla Xanım

kesmiklirulet

reklam



Ərzaqlar:

500 q kəsmik
150 q pendir
100 q şirin bibər
2 yumurta
3-4 x.q. un
şüyüd
duz
ədviyyat – zövqə görə
narın suxarı
2 x.q. bitki yağı


Hazırlanması:

Kəsmiyi çəngəllə əzin ki, içində lopa qalmasın. İçinə yumurta qırın, un, duz, ədviyyat əlavə edib qarışdırın.

Pendiri barmaq kimi, şirin bibəri saman kimi doğrayın. Şüyüdü yuyub suyunu süzün. Kəsmikli xəmiri perqamentin, yaxud qida plyonkasının üstünə dördbucaqlı şəkildə yayın. Üstünə sıra ilə pendir, bibər və şüyüdü düzün.

Perqamentin (qida plyonkasının) köməyilə rulet kimi bükün, narın suxarıya batırın, yağlanmış siniyə qoyun.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Süfrəyə verərkən doğrayın, üzərinə göyərti səpin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

3 Yorum

  1. Arzu dedi ki:

    Tesekkurler… Maraqli reseptdi.Mutleq hazirlayacam…

  2. iranə dedi ki:

    kəsmikli rulet dadlıdır.

  3. iranə dedi ki:

    kəsmikli ruleti mütləqq hazırlayacağam

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani