Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kələkoş Resepti, Kələkoş Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kələkoş

Son yenilənmə tarixi 16/12/2023 by Leyla Xanım

kelekos

 

reklam



Ərzaqlar:

4 porsiya üçün nəzərdə tutulub

3 stəkan yağlı qatıq

1 ½ xörək qaşığı un
1 yumurta
3 stəkan soyuq su
1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü
½ stəkan xırda doğranmış qoz
2 diş əzilmiş sarımsaq
1 ½ xörək qaşığı quru nanə
2 xörək qaşığı bitki və ya kərə yağı
1 orta baş xırda doğranmış soğan
duz¸ zövqə görə
istiot¸ zövqə görə


Hazırlanması:

1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın.

3. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın.

4. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani