Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kəsmikli Tort (Səhər Şehi) Resepti, Kəsmikli Tort (Səhər Şehi) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kəsmikli Tort (Səhər Şehi)

Son yenilənmə tarixi 26/10/2023 by Leyla Xanım

kesmiklitort

reklam



Ərzaqlar:

Xəmiri üçün:

200qr. marqarin
150 qr. şəkər tozu
3 yumurta
150 qr.xama
3 x/q süd
2 s. st.un
1 paket qabartma tozu
2 x/q.kakao
Topları üçün:
200 qr. kəsmik
1 yumurta sarısı
5-6 x/q. kokos
3 x/q. şəkər tozu
Kreması üçün:
2 s.st.süd
3 yumurta sarısı
12-13 x/q. şəkər tozu
3 x/q.un
3 x/q.nişasta
1 paket vanilya
4 x/q.xama(labne pendiri)


Hazırlanması:

Kəsmik, şəkər, yumurta sarısı və kokosu bir birinə qarışdır və qarışdırdıqdan sonra qoz böyüklüyündən bir az balaca xırda toplar düzəldin. Təxminən 30 dəqiqə soyuducuda donduralım.
Yumşaq marqarini şəkər ilə qarışdıralım. Üzərinə yumurta və toplardan qalan 1 yumurtanın ağını əlavə edəlim.yaxşıca qarışdıralım. Sonra xama, süd,un və qabartma tozunu əlavə edərək  yaxşıca qarışdıralım. Yağlanmış  bişirmə qabına xəmirin yarısını tökelim. Qalan xəmirin içinə 2 x/q.kakao əlavə edərək qarışdırdıqdan sonra altdakı ağ xəmirin üstünə  bərabər şəkildə tökəlim. Dondurulmuş topları xəmirin içinə basdıraraq düzəlim.

180 dərəcədə 40-45 dəqiqə duxovkada bişirəlim.

Kremi hazırlamaq üçün şəkər, un, nişastayı qarışdıralım. Sonra yumurta sarısını əlavə edib qarışdırdıqdan sonra südü qarışıma qataraq ocağın üzərində qaynayana qədər qarışdıralım. Qaynamaya başladığında ocaqdan alıb soyudun.Soyuduqdan sonra içinə labnə pendiri(smetan,xama) qatıb mikserlə çırpın. Bişmiş keksin üzərinə soyumuş kremi sürün və üzərinə kakao səpin. NUŞ OLSUN!

QEYD: Topları xəmirin ortasından düzməyə başlayın ki xəmir ortaya yığılmasın. Xəmirin topların üstünə çıxması üçün bişirmə qabı geniş olmamalıdır. Kremdən qalan yumurta ağını xəmirə qatmayın.

Kəsmikli Tort (Səhər Şehi) – Rəna Xanım

kesmiklitort2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. Nigar dedi ki:

    Salam.toplarin pesokunu yazmamisiniz axi,ne qeder?

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani