Son yenilənmə tarixi 06/08/2023 by Leyla Xanım
Ərzaqlar:
Qoyun əti – 163 q.
Düyü – 20 q.
Noxud – 10 q.
Baş soğan – 15 q.
Kələm – 220 q.
Şabalıd – 50 q.
Keşniş – 15 q.
Pomidor – 50 q.
Şərab sirkəsi – 10 q.
və ya limon turşusu – 2 q.
şəkər – 5 q.
və ya doşab – 15 q.
darçın – 0,1 q.
duz
Hazırlanması:
Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır. Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub ciddi qarışdırılır. Kələmi qaynar suda pörtüb, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür. Qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkədən hazırlanmış şirə əlavə edilir. Süfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpiləbilər.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!