Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные İspanaqlı Qutab Resepti, İspanaqlı Qutab Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



İspanaqlı Qutab

Son yenilənmə tarixi 16/12/2023 by Leyla Xanım

ispanaqliborek

Rəna xanımın resepti;

reklam



Ərzaqlar:

un
su
duz

İç xərci üçün:
ispanaq
soğan
duru yağ
Zövqə görə:
kəsmik(ağ pendir)
duz
istiot

Üzərini yağlamaq üçün:
kərəyağı


Hazırlanması:

Un, su və duz tökülüb xəmir yoğrulur.Üzərini örtüb bir kənara qoy.
Göyərti yuyulur, süzülür, doğranır.
Tavada soğanlar qovrulur,üzərinə doğranmış ispanaqlar tökülür.Bir az qovurduqdan sonra üzərinə duz, istiot tökülür.Kəsmik və ya ağ pendir istifadə edəcəksənsə tavanın altını söndürdükdən sonra üzərinə əlavə et.
Xəmirdən şəkildə gördüyünüz kimi xırda kündələr hazırlayıb bir düz boşqab böyüklüyündə yayıb bir tərəfinə hazırladığınız qarışımdan qoyun. D şəklində qatlayıb yağsız tavada hər iki tərəfini qızardın.
Qızartdığın börəklərin üzərini kərəyağı ilə yağla.NUŞ OLSUN.
QEYD: Bu bizim göyərti qutabımıza oxşayır.Türk mətbəxində buna gözləmə, börək deyirlər.
Zövqə görə içərisinə başqa göyərtilər də əlavə edəbilərsiniz.Sadə ispanaqlı da hazırlaya bilərsiniz.

ispanaqliqutab2ispanaqliqutab3ispanaqliqutab4


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani