Son yenilənmə tarixi 24/09/2023 by Leyla Xanım
Ərzaqlar:
Keks üçün:
3 yumurta
0,5 ç. st. süd
1 s. st. şəkər tozu
3 x/q. kakao
1 paket qabartma tozu
1 s. st. un
Kremi üçün:
2,5 s. st. süd
1,5 x/q. nişasta
1x/q. un
1 yumurta sarısı
0,5 s.st. şəkər tozu
1 paket vanilya
Üzəri üçün:
Şokolad sousu
Bulamaq üçün.
kokos (1,5 s. st.)
Hazırlanması:
Keksi hazırlamaq üçün yumurtaları və şəkər tozunu mikserlə çırpırıq. Sonra süd, duru yağı və kakaonu əlavə edib təkrar çırpın.Sonda qabartma tozu qatılmış ələnmiş unu da əlavə edib çırpın.Yağlanmış duxovka listinə keksin xəmirini töküb 180 dərəcədə 30 -35 dəqiqə bişirin.
Kremi hazırlamaq üçün qazana vanilyadan başqa bütün ərzaqları töküb çırpın və ocağa qaynamaya qoyun.Qaynamaya başladıqdan 4 -5 dəqiqə sonra ocaqdan alın.Çırpma teli varsa çırpın ki.içində topaqlar olmasın .(mikserlə də olar)Sonda vanilyanı da əlavə edib qarışdırın.
Bişən keksimizi stəkan ilə yumru yumru kəsin (şəkildəki kimi)Kəsərkən arada stəkanın ağzını su ilə isladın ki asan kəsilsin.Hər bir parça keksin üzərinə krem(zavarnoy) sürün.Başqa bir parça ilə üzərini qapatın.İki qatlı olan keksin kənarlarını da kremləyin və kokosa bulayın və servis boşqabına düzün.Bu işləri bitirdikdən sonra keksin üzərinə 1qaşıq şokolad sosunu töküb servis edə bilərsiniz. NUŞ OLSUN!
Reseptler.com
dadli sirniyyat reseptleri ucun teskkurumu bildirirem