Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные İmam Sarığı Tortu Resepti, İmam Sarığı Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



İmam Sarığı Tortu

Son yenilənmə tarixi 24/09/2023 by Leyla Xanım

imamsarigitortu

reklam



Ərzaqlar:

Keks üçün:
3 yumurta
0,5 ç. st. süd
1 s. st. şəkər tozu
3 x/q. kakao
1 paket qabartma tozu
1 s. st. un

Kremi üçün:
2,5  s. st. süd
1,5 x/q. nişasta
1x/q. un
1 yumurta sarısı
0,5  s.st.  şəkər tozu
1 paket vanilya

Üzəri üçün:
Şokolad sousu
Bulamaq üçün.
kokos (1,5 s. st.)


Hazırlanması:

Keksi hazırlamaq üçün  yumurtaları və şəkər tozunu  mikserlə  çırpırıq. Sonra süd, duru yağı və kakaonu əlavə edib təkrar çırpın.Sonda   qabartma tozu qatılmış  ələnmiş   unu da əlavə edib  çırpın.Yağlanmış duxovka listinə keksin xəmirini töküb 180 dərəcədə 30 -35 dəqiqə  bişirin.

Kremi  hazırlamaq üçün qazana vanilyadan başqa bütün ərzaqları töküb çırpın və  ocağa  qaynamaya  qoyun.Qaynamaya başladıqdan  4 -5 dəqiqə  sonra ocaqdan alın.Çırpma teli varsa çırpın ki.içində topaqlar olmasın .(mikserlə də olar)Sonda vanilyanı da əlavə edib qarışdırın.

Bişən keksimizi  stəkan ilə yumru yumru kəsin (şəkildəki kimi)Kəsərkən arada stəkanın ağzını su ilə isladın ki asan kəsilsin.Hər bir parça keksin üzərinə krem(zavarnoy) sürün.Başqa bir parça ilə üzərini qapatın.İki  qatlı   olan keksin kənarlarını da kremləyin və kokosa bulayın və servis boşqabına düzün.Bu  işləri bitirdikdən sonra  keksin üzərinə 1qaşıq şokolad sosunu töküb servis edə bilərsiniz. NUŞ OLSUN!
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. ulviyye dedi ki:

    dadli sirniyyat reseptleri ucun teskkurumu bildirirem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani