Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Hinduşka Tabaka Resepti, Hinduşka Tabaka Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Hinduşka Tabaka

Son yenilənmə tarixi 06/12/2023 by Leyla Xanım

hinduskatabaka

reklam



Ərzaqlar:

1 ədəd bütöv hinduşka
2 s. st. su
2 x/q. duru yağ
Yarım limon
2 diş sarımsaq
duz,istiot


Hazırlanması:

Hinduşkanı soyuq su ilə yuyun.Duxovkanın listinə qoyun.(listin içinə duxovkanın telini də qoya bilərsiniz)Bu telin üstünə hinduşkanı qoyun.İçinə sarımsaq, limonqoyub hinduşkanın üstünüə yağ surun, duz istiot serpin.Listin içinə 2 stəkan su tökün.Listin üzərini folyo kağız ilə örtün və 180 dərəcədə bişirin.Ama hər 45 dəqiqədən  sonra duxovkadan çömçə ilə suyunu alıb bir  qaba yığırsan.Təkrar üstünü örtüb yenə bişirirsən.Hinduşkanın böyüklüyünə görə təxminən 5 kq lıq hinduşka 2- 2,5 saata bişir. Bişməsinə  10 -15dəqiqə qalmış üzərinə kərəyağı  və ya marqarin sürün və üzərindəki folyo kağızı açın, ki yaxşı qızarsın.Üzəri qızardıqdan sonra hinduşkanız bişmişdir.Bişdikdən 15 dəqiqə sonra  dilimləyin, yoxsa suyunu buraxar və ət quru olar. NUŞ OLSUN!
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani