Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Heyva Mürəbbəsi Resepti, Heyva Mürəbbəsi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Heyva Mürəbbəsi

Son yenilənmə tarixi 03/09/2023 by Leyla Xanım

halvamurebbesi

reklam



Ərzaqlar:

2 kq heyva
10 su stəkanı su
10 su stəkanı şəkər tozu
1 limonun suyu
bir çimdik duz


Hazırlanması:

Heyvalar yuyulur, soyulub kbadrat şəklində dilimlənir. İçindən çıxartdığınız çiyidini və qabıqlarını qazana qoyub üzərinə 10 stəkan suyu töküb qaynadın. Süzün, qabıq və çiyidini atın.
Süzülmüş bu suyun içinə doğradığınız heyvaları və 1-2 ədəd mixək töküb yumşalana qədər qaynadın.
Yumşalan heyvaların (əzilməsin ,sadəcə yumşalsın) üzərinə şəkər tozunu əlavə edib 10 dəqiqə qaynadın. Ocaqdan almadan 5 dəqiqə əvvəl limon suyunu tökün. Ocaqdan alın. NUŞ OLSUN.
QEYD: heyva mürəbbəsinin rənginin gözəl olması üçün vam odda bişməlidir.Yeni bişdiyi zaman mürəbbə bir az sıyıq görünür. Amma 1 gün sonra mürəbbənin qatılığı normal olur.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani