Ərzaqlar:
Xəmiri üçün:
5 su st. un
1 çay st. süd
yarım çay stəkanı duru yağ
1,5 su st. ilıq su
2 x/q. şəkər tozu
1 ç/q. duz
40 qr. droj
Üzəri üçün:
yumurta
küncüt
Hazırlanması:
Xəmir üçün bütün ərzaqları bir dərin qaba töküb xəmiri yoğurun.
Hazırladığınız xəmiri 12 kündəyə bölüb əlinizlə yuvarlaq düzəldib yağlı kağız sərilmiş listə düzün.
Yumurtanı sarısı ilə birlikdə çalın.
Hazırladığınız kündələrin üzərini bıçaqla kəsərək şəkil verin. Üzərinə yumurta sarısını sürün.
Sonra üzərinə küncüt və ya çörəkotu səpin.
Listdə xəmirin “acımasını” gözləyin.
Xəmiriniz iki qat artmalıdır.
Duxovkada üzəri qızarana qədər bişirin.NUŞ OLSUN.
QEYD: Evdə hamburqer hazırlamaq üçün bişirdiyiniz bu çörəklər həm ləzzətli həm də sağlıqlıdır.
Üzərini istərsiniz bıçaqla kəsməyə bilərsiniz.Düz olur.
Evdə hazırladığınız küftələrlə uşaqlarınıza hamburqer hazırlaya biləriniz.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!


Bir cavab yazın