Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Gül Şəkilli Bəbə Biskviti Resepti, Gül Şəkilli Bəbə Biskviti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Gül Şəkilli Bəbə Biskviti

Son yenilənmə tarixi 18/12/2023 by Leyla Xanım

gulsekillibebebiskviti

reklam



Ərzaqlar:

2 ç, st.əla növ buğda unu
yarım stəkan mannı krupa
2 ç.st.düyü unu
4 x/q. kərəyağı
1 x/q. qatıq
4 x/q. qatığın suyu


Hazırlanması:

Xəmiri yoğuracağımız qaba otaq temperaturunda ərimiş kərəyağını, mannı krupanı,düyü ününü,qatığı və qatıq suyunu qoyaraq yoğur.
Yavaş-yavaş unu əlavə edərək ələ yapışmayan yumşaq bir xəmir hazırla.
Hazırladığın xəmirlərdən gül şəklində(istədiyin şəkildə)qurabiyələr hazırlayıb yağlı kağız sərilmiş duxovkanın listinə düzün.
175 dərəcədə 20-25 dəqiqə üzəri qızarana qədər bişirin.
Mətbəx robotunda əzib qəhvəaltı yemeklərində verə bilərsiniz.Balaca quzularınıza NUŞ OLSUN.
QEYD:Düyü ununun yerinə yulaf unu(qerkules) da istifadə edə bilərsiniz.Düyü unu xəmiri bərkləşdirir, istərsiniz meyvə suları(portağal,alma,armud vəs. suları)qata bilərsiniz.Qatığın suyundan və ya adi su ilədə xəmiri yumşalda bilərsiniz.Meyvələri sütkəcdən keçirib qata bilərsiniz. Həm dadlı həm də faydalı olacaqdır.Hazır qurabiyələriniz bir az bərk ola bilər ama təbii olur.Mətbəx robotunda çəkib bankalara doldurub soyuducuda 1 həftə 10 gün mühafizə edərək istifadə edə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani