Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Gül Kələm Qızartması Resepti, Gül Kələm Qızartması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Gül Kələm Qızartması

Son yenilənmə tarixi 12/08/2023 by Leyla Xanım

gulkelemqizartmasi

reklam



Ərzaqlar:

1 ədəd gül kələm
2 ədəd yumurta
200 qr. un
duz,
Qızartmaq üçün:
duru yağ
Üzəri üçün;
1 kasa qatıq
2 diş sarımsaq


Hazırlanması:

Qaynayan suya duz töküb gül kələmi əlavə ediərək bişirin.Amma çox yumşaq bişirməyin.Bir az sərt olsa daha yaxşıdır,çünki yağda qızaracaq.
Ayrı bir qabda yumurta, un və yarım stəkan suyu bir çəngəllə qarışdır.Qarışım nə çox qatı olmasın, nə də çox duru olmasın.Suda bişmiş gül kələmləri bu hazırladığınız qarışıma batırıb qızmış yağda qızardın.Qızartdığınız gül kələmlərinin yağını almaq üçün əvvəlcə kağız dəsmalın üzərinə yığın.
Süfrəyə verəcəyiniz servis qabına yığıb üzərinə zövqə görə sarımsaqlı qatıq və ya sadəcə qatıqla servis edə bilərsiniz.Üzərini cəfəri və qırmızı toz bibərlə bəzəyə bilərsiniz.NUŞ OLSUN.
QEYD:Zövqə görə 2 yerkökünü də həlqə şəklində doğrayıb gül kələmlə birlikdə suda bişirə bilərsiniz. Yağda qızardaraq üzərinə əlavə edə bilərsiniz.
Yumurtanı sevməyənlər yumurtasız da hazırlaya bilər.Suda bişmiş gül kələmlərini süzdükdən sonra yağda qızardıb üzərinə qatıq tökə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani