Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qaymaqlı Göbələk Dolması Resepti Resepti, Qaymaqlı Göbələk Dolması Resepti Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Qaymaqlı Göbələk Dolması Resepti

Son yenilənmə tarixi 12/11/2023 by Leyla Xanım

gobelekdolmasi

reklam



Ərzaqlar:

400 q göbələk
1 qırmızı bibər
3 x.q. xırda doğranmış cəfəri
2 dilim tost (çörək)
duz
qara istiot
60 q sürtgəcdən keçirilmimş holland pendiri
1 diş sarımsaq
30 q kərə yağı
1 x.q. qaymaq


Hazırlanması:

Göbələyin ayaqlarını çıxarın. Limonlu suda bir qədər saxlayın. Ayaqlarını xırda doğrayıb duzlu suda bişirin, bir kasaya yığın. Qıraqları kəsilib çıxarılmış tostları xırdalayın. Doğrayıb bişirdiyiniz göbələk ayaqları ilə qarışdırın. Sarımsağı sürtgəcdən keçirin, qırmızı bibəri xırda doğrayın, duz, qara istiot, cəfəri, sürtgəcdən keçirilmiş holland pendiri və qaymağı da buraya əlavə edin, qarışdırın.

Göbələkləri limonlu sudan çıxarın, siniyə düzün. İçlərinə kərə yağından az-az kəsib qoyun, 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sobadan çıxarın, qaymaqlı qarışığı içlərinə doldurun. Yenə sobaya qoyub daha 10 dəqiqə də bişirin. Süfrəyə isti-isti verin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani