Son yenilənmə tarixi 01/08/2023 by Leyla Xanım
Ərzaqlar:
Yarım paket makaron
200qr. qiymə
1 ədəd soğan
2-3 diş sarımsaq
1 x/q. tomat
qatıq,duz,istiot,yağ
Hazırlanması:
Makaronu qaynayan suya töküb 10 dəqiqə bişirin.Makaron bişərkən siz də xırda xırda doğradığınız soğanı duru yağda qovurun.Təzminən 2-3 dəqiqədən sonra qiyməyi əlavə edib suyu çəkilib qovrulana qədər bişirin.Sonda tomatı və ədviyyatları əlavə edib ocağı söndürün.
Servis etdiyiniz zaman əvvəlcə makaronu, üzərinə hazırladığınız sarımsaqlı qatığı,sonda da şəkildə gördüyünüz kimi qovrulmuş qiyməni tökün.NUŞ OLSUN!
QEYD:İstədiyiniz makaronu istifadə edə bilərsiniz.15 dəqiqəyə asan və dadlı yemək hazırlaya bildiyinizi görəcəksiniz.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!