Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Gəncə Paxlavası Resepti, Gəncə Paxlavası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Gəncə Paxlavası

Son yenilənmə tarixi 29/07/2023 by Leyla Xanım

gencepaxlavasi

reklam



Ərzaqlar:

Xəmir üçün:
Əla növ buğda unu – 300q
Yumurta 1/2 əd
Duz – 3q

İçlik üçün:
Badam- 180q
Şəkər tozu – 180q
Darçın – 3q

Şərbət üçün:
Şəkər – 160q
Bal – 40q

Təbəqələrin arasına sürtmək üçün
Yağ – 40q

Səthinə sürtmək üçün
Yumurta – ½ ədəd


Hazırlanması:

Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-200 °S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. cavan dedi ki:

    salamlar hamiya

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani