Son yenilənmə tarixi 03/01/2024 by Leyla Xanım
Ərzaqlar:
Xəmiri üçün:
1 yumurta
yarım çay st. duru yağ
yarım çay st.ilıq süd
1 çay qaşığı toz maya
1 çay qaşığı şəkər tozu
duz,ilıq su
Aldığı qədər un
İçi üçün:
500 qram qiymə (az yağlı)
2 pomidor
1 soğan
duz,istiot,kəklikotu
Hazırlanması:
Xəmir üçün bütün ərzaqları bir qaba alıb yumşaq ələ yapışmayan bir xəmir yoğurun.
Xəmir mayalanması üçün 45 dəqiqə üzəri təmiz bir dəsmalla örtülür.
İçi üçün qiyməni, sürtkeçdən keçirilmiş pomidorvə soğanı,ədviyyatları (Zövqə görə xırda xırda doğraya da bilərsiniz.
Mayalanmış xəmiri yumurta böyüklüyündə kündələrə ayırıb oxlovla yayın.İçinə hazırladığınız içdən qoyub kənarlarını çox qabartmadan düzəldin.Bu lahmaçunları düzdüyünüz duxovka listində 20 dəqiqə mayalandırın.
200 dərəcə qızdırılmış duxovkada altı üstü qızarana qədər bişirin. NUŞ OLSUN.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
GÖZƏLDİR