Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ev Çörəyi Resepti, Ev Çörəyi Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Ev Çörəyi

Son yenilənmə tarixi 31/07/2023 by Leyla Xanım

evcoreyi

reklam



Ərzaqlar:

3 st. un (200 q)
1 st. ilıq su
1 dolu ç.q. quru maya
1 x.q. şəkər tozu
1 ç.q. duz
8 x.q. bitki yağı


Hazırlanması:

Suda şəkər tozu və mayanı əridin. 15 dəqiqə, üzəri köpüklənincə gözləyin. Unu ələyin. Duzu unla qarışdırın. Suya bitki yağı, ardınca da un töküb yumşaq xəmir yoğurun. Üzərini dəsmalla örtüb isti yerə qoyun. 1 saat gəlməsini gözləyin. Sonra yenə yoğurun. Baton formasına salıb yağlanıb azca un səpilmiş, yaxud perqament döşənmiş siniyə qoyun. Daha bir saat şişməsini gözləyin. Üzərini iti bıçaqla bir neçə yerdən çərtin.
Sobaya içi su ilə dolu sini qoyun. Sobanı maksimum (təxminən 300 dərəcə) həddə qədər qızdırın. Çörəyi sobaya qoyub 10 dəqiqə bişirin. Sonra sobanın istiliyini 200 dərəcəyə qədər endirin və daha 15-20 dəqiqə, qızaranadək bişirin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani