Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Dovğa Resepti, Dovğa Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Dovğa

Son yenilənmə tarixi 11/11/2023 by Leyla Xanım

dovga6 pay üçün

Qeydlər

* Dovğa üçün keyfiyyətli qatıqdan (ev şəraitində hazırlanan qatıq ola bilər) və təzə göy-göyərtidən istifadə edin. Əgər qatığınız turşdursa, onda doğvanı 3 stəkan qatıq və 1 stəkan xamayla harızlayın. Və yaxud,  bişmiş dovğanı kənara çəkdikdən və soyudduqdan sonra, ona bir az süd əlavə edin. Beləliklə, turşməzə dad gedəcək.

* Dovğanı bişirdiyiniz vaxt onu duzlamağa tələsməyin, yoxsa dovğa çürüyər. Dovğanı bişirilib kənara çəkdikdən və bir qədər soyutduqdan sonra ona duz əlavə edin.

* Göyərti dəstlərini yaşxı-yaxşı yuyun. Doğradıqdan sonra aşsüsənə qoyub, üstündən su gəzdirin ki, göyərtilərin yaşılı bir az getsin. Beləlilə dovğanız ağ olacaq.

* Doğvanın qatılığı zövgə görə dəyişə bilər. Qatı və ya duru ola bilər. Duru dovğa sevənlər qatığa daha çox su əlavə edə bilər.

* Dovğa həm noxudla, həm də noxudsuz hazırlana bilər.

* Dovğanın digər növünə isə suda bişmiş xırda küftəciklər də əlavə edilir.

* Dovğanən əsas göyərtiləri keşniş və şüyüddür. Digərlərini bunlarla əvəz etmək olar. Dağ keşnişiniz varsa, ondan hazırlanan dovğa xüsusiylə ləzzətli olur (burada dağ keşnişi olmur).

reklam



Ərzaqlar:

Yarım stəkan gecədən islağa qoyulmuş quru noxud
2 stəkan doğranmış keşniş
2 stəkan doğranmış şüyüd
½ stəkan doğranmış ispanaq
½ stəkan doğranmış təzə sarımsaq (yalnız yarpaqları)
½ stəkan doğranmış nanə
½ stəkan stəkan doğranmış cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
1 ədəd yumurta
Bir stəkanın üçdə biri qədər yuyulmuş yumru düyü
Zövgə görə duz
İstiot, bəzək üçün (zəruri deyil)


Hazırlanması:

Noxudu yumuşalanadək bişirib, kənara qoyun.

Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin. Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.

Qazanda qatıq, sü, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın. Bu proses təxminən 7-10 dəqiqə çəkəcək.

Qaynamağa  başlayanda göyərtini əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək  bişirin.

Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.

İstəyə görə dovğanın üstü istiotla bəzənir. Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani