Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Çiyələkli Kokoslu Şirniyyat Resepti, Çiyələkli Kokoslu Şirniyyat Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Çiyələkli Kokoslu Şirniyyat

Son yenilənmə tarixi 03/12/2023 by Leyla Xanım

ciyeleklikokoslusirniyyat

reklam



Ərzaqlar:

4 su st. süd
4 x/q. mannı krupa
1 su st. kokos
5 x/q. şəkər tozu
1 dolu xörək qaşığı nişasta
1 x/q. kərəyağı
1 paket vanilya

Çiyələk sousu üçün:
1 su st.çiyələk püresi
1 su st. su
2-3 x/q. şəkər tozu
2 x/q. nişasta

Arasına düzmək üçün:
200qram peçenyə


Hazırlanması:

Süd, mannı krupa, şəkər tozu, kokos və nişastanı bir qazana boşaldıb qarışdırın.Ocağın üzərində qaynamaya başlayana qədər tel çırpıcı ilə qarışdırın. Qaynamaya başladıqdan 1-2 dqiqə sonra ocaqdan alın. Üzərinə kərəyağını vanilyanı da əlavə edərək əriyənə qədər qarışdırın.Sonra bu qarışımı suyla islatdığınız(yapışmaması üçün) bir qaba boşaldın. Üzərini şəkildə gördüyünüz kimi peçenyeləri düzün.

Çiyələk sousunu hazırlamaq üçün 250-300 qram çiyələkləri püre halinə gətirin. Üzərinə suyu, şəkər tozunu və nişastanı əlavə edib qarışdırın.Ocağın üzərində qaynayana qədər bişirin. İsti-isti peçenye düzdüyünüz südlü qarışımın üzərinə tökün.
İstiliyi keçdikdən sonra soyuducuda 2-3 saat soyudub dilimləyərək süfrəyə verə bilərsiniz. NUŞ OLSUN.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani