Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ciyər Paşteti Resepti, Ciyər Paşteti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Ciyər Paşteti

Son yenilənmə tarixi 18/09/2023 by Leyla Xanım

ciyerpasteti2

reklam



Ərzaqlar:

1 kq. qaraciyər(qoyun və ya mal)
2 x/q.duru yağ
1 ədəd quru soğan
2 ədəd yerkökü
150 qram kərə yağı(otaq temperaturunda)
duz,istiot


Hazırlanması:

Ciyəri yuyun,doğrayın.Qazana töküb təxminən 5 stəkan su tökərək 20 dəqiqəyə qədər bişirin.(Ciyərlər yaxşı bişməlidir) Ara sıra kəfini alın.Bişmiş ciyəri süzün,ət maşınından keçirərərək püre halına gətirin.
Tavaya xırda doğradığınız soğanları və duru yağı töküb təxminən 5-6 dəqiqə qızardın.Qızarmış soğanları və soyutma bişmiş yerkökünü də ət maşınından keçirərək püre halına gətirin.
Çəkilmiş ciyər,soğan və yerkökünü birlikdə ət maşınından püre halına gelene kimi keçirin.Zövqə görə duz istiot vurun.
Alınan qarışımı yağlı kağız üzərində yayaraq içinə otaq temperaturunda yumşalmış kərəyağını bıçaqla sürün.
Kağızı ehtiyatla qaldıraraq qarışımı rulet kimi bükün.Soyuducuda 2- 3saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.NUŞ OLSUN.
QEYD: Toyuq ciyərini sevənlər toyuq ciyərindən də hazırlaya bilər. Amma bişmə müddəti daha qısa olur.Yağlı kağız olmasa folqa kağızından da istifadə edə bilərsiniz. Kağız rulet halına gətirmək üçün lazımdır.

Ciyər Paşteti


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. Zaur dedi ki:

    Təşəkkürlər!

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani