Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Brownie Resepti, Brownie Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Brownie

Son yenilənmə tarixi 02/01/2024 by Leyla Xanım

brownie

reklam



Ərzaqlar:

400 qr. şəkər tozu
200 qr. süd
200 qr. duru yağ
1 paket vanilya
1 paket kakao (25qr.)
3 yumurta
1 paket qabartma tozu
Aldığı qədər Un


Hazırlanması:

Südü, şəkər tozunu, duru yağı,vanilyanı və kakaonu bir qabda içindəki şəkər tozu əriyənədək çırpın. Bu qarışımdan 1 stəkan alıb bir kənara qoyun. Sonra bu qarışımın üzərinə yumurtaları qırıb çırpın. Üzərinə qabartma tozu qarışdırılmış unu əlavə edərək qarışdırın. Xəmir çox qatı olmamalıdır. Hazırladığınız bu keks xəmirini yağladığınız qaba boşaldın.170-180 dərəcədə duxovkada bişlirin. Bişdiyini anlamaq üçün 25-30 dəqiqə sonra bir kibrit çubuğunu batıraraq öyrənəbilərsiniz. Kibrit çubuğu qurudursa keksin xəmiri bişmişdir.
Hazırladınız keksi bir az soyuduqdan sonra dilimləyin. Üzərinə ayırdığınız 1 stəkan qarışımı tökün. NUŞ OLSUN.

QEYD: Keksinizin daha yumşaq və yaş(souslu) olmasını istəyirsinizsə ayırdığınız bir stəkanın içinə bir az süd və kakao əlavə edə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. Guler dedi ki:

    Bu menim butceme uyqundu bişireceyem bu gun nece çıxsa yazaram

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani