Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Bolqar Bibərli Toyuq Salatı Resepti, Bolqar Bibərli Toyuq Salatı Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Bolqar Bibərli Toyuq Salatı

Son yenilənmə tarixi 27/12/2023 by Leyla Xanım

bolqarbiberlitoyuqsalati

reklam



Ərzaqlar:

450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl Bolqar bibəri
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı və ya narıncı Bolqar bibəri
zövqə görə xırda doğranmış şüyüt
zövqə görə duz
zövqə görə istiot
4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)


Hazırlanması:

Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.
Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.
Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin. Nuş Olsun!

AzCookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

5 Yorum

  1. ulker dedi ki:

    cox saqolun

  2. gunay dedi ki:

    hazirladim

  3. peri dedi ki:

    bilmek isterdim ki,biber salatin icinde berk qalir onlati nece etmek lazimdir ki, yumsaq olsun?

    • Reseptler.com dedi ki:

      Elə olmalıdır. Közləyədəbilərsiniz ama orijinalı budur.

  4. famil.qenberli dedi ki:

    cok guzellll bir reseptdir yedim haziradim ve beyendim ela eladi

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani