Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Beşamel Souslu Ətli Makaron Resepti Resepti, Beşamel Souslu Ətli Makaron Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Beşamel Souslu Ətli Makaron Resepti

Son yenilənmə tarixi 14/01/2024 by Leyla Xanım

besamelsousluetlimakaron

reklam



Ərzaqlar:

Yarım paket “borucuq” makaron
1 kasa doğranmış parmezan pendiri

Beşamel sousu

1/2 xörək qaşığı kərə yağı
1,5 xörək qaşığı un
1 stəkan süd
Duz
Qara bibər
Döyülmuş muskat

Ət sousu

200 qram çəkilmiş qoyun əti
1 baş doğranmış soğan
1 xörək qaşığı yağ
1 xörək qaşığı tomat
1 ədəd doğranmış pomidor
1/2 incə doğranmış cəfəri
Duz
Qara bibər
Müxtəlif ədviyyatlar


Hazırlanması:

Tavaya bir qədər su töküb qaynadın, makaron və duz atıb yaxşıca bişirin. Başqa qabda isə bir tavaya azacıq kərə yağı tökün, incə doğranmış soğan tökün, qoyun ətini əlavə edin, bişənə qədər qovurun. Bir qədər su əlavə edin, ədviyyatları və duzu töküb qarışdırın, ən axırda cəfərini əlavə edin.

Bişmiş makaronun suyunu süzün, makaronları yağlanmış şüşə qaba dzün. Makaronların bir-birinə yapışmaması üçün yumurta, parmezan pendiri və ya holland pendirindən istifadə edə bilərsiniz.

Yaxud da bir yumurta sındırıb çalın, makarona qatın və onları düzün. Makaronların hamısını düzəndən sonra aralarını və içlərini çay qaşığı ilə ahəstə şəkildə doldurun, qalan ətli sousu üzərinə tökün. Beşamel sousu üçün də tavaya kərə yağı atın, un əlavə edin, sonra yavaş-yavaş süd töküb qarışdırın. Məhlulun bircinsli olması üçün duz, qara bibər və muskat əlavə edərək qarışdırın. Alınmış sousu sonra ətli sousun üzərinə tökün, axırda doğranmış holland pendiri əlavə edin.

Bütün bunları sobaya qoyun, üstü qızarana qədər bişirin, bişəndən sonra şüşə qabdan çıxarın.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

3 Yorum

  1. gizem dedi ki:

    denedim cok guzel cikdi

  2. leman dedi ki:

    cox gozel yemekdir

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani