Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Beşaməl Souslu Toyuqlu Börək Resepti, Beşaməl Souslu Toyuqlu Börək Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Beşaməl Souslu Toyuqlu Börək

Son yenilənmə tarixi 13/09/2023 by Leyla Xanım

besamelsouslutoyuq

reklam



Ərzaqlar:

Beşamel sous üçün:
2 x/q.kərəyağı
3 x/q.un
1 su st.süd
İçi üçün:
1ədəd toyuğun döş əti
duz,istiot
Sarmaq üçün.
2 ədəd yuxa
Yuxaları islatmaq üçün:
1 su st.süd
yarım su st.duru yağ
Üzəri üçün:
qəlet unu və ya çörək qırıntısı


Hazırlanması:

Beşamel sosu hazırlamaq üçün yağı əridib üzərinə unu töküb qovurun.Üzərinə südü tökərək sürətlə qarışdır ki,topaklanmasın.(Topaklanarsa mikserlə çal.)
Soyutma bişirdiyimiz toyuq ətini didikləyib hazırladığımız beşamel sosa qatırıq.Duz,istiot əlavə edirik.
Yuxaları islatmaq üçün südü və duru yağı qarışdırın.
Yuxanın birini aç,sər.Üzərinə yağlı qarışımı fırça ilə sür,ikinci yuxanı da üzərinə qoyub yağla.
Yuxaları 12 bərabər parçaya bölərək içinə hazırladığınız toyuqlu qarışımdan yoyub şəkildəki kimi bükün.
Bükdüyünüz börəkləri yuxanın içinə sürdüyünüz yağlı-südlü qarışıma batırıb sonra da qəlet ununa bulayaraq
yağlı kağız sərilmiş(və ya yağlanmış) listə düzün.
180-200 dərəcədə üzəri qızarana qədər bişirin.NUŞ OLSUN
QEYD: Qurumuş köhnə çörəkləri atmayın,israf olmasın.Ya duxovkada.və ya tavada bir az qurudaraq mətbəx robotundan (yoxsa ət maşınında) keçir.Hə qızartmalarında həm də reseptler.com da çox gözəl qəlet unu ilə hazırlanan şirniyyatlar var.Resept çox uzun görünsə də çox asan və çox qısa bir zamanda hazırlanan yeməkdir.Çox dadlı və ləzzətli bir yeməkdir.2 ədəd toyuq budu da istifadə edə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani