Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Basdırmalı-Pendirli Göbələk Dolması Resepti Resepti, Basdırmalı-Pendirli Göbələk Dolması Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Basdırmalı-Pendirli Göbələk Dolması Resepti

Son yenilənmə tarixi 10/12/2023 by Leyla Xanım

basdirmalipendirligobelekdolmasi

reklam



Ərzaqlar:

500 q göbələk
100 q holland pendiri
50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 dəstə cəfəri
2 x.q. kərə yağı
duz
istiot


Hazırlanması:

Göbələklərin ayaqlarını çıxarın. Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin. Pendiri və basdırmanı kubik şəklində doğrayın. Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.

Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani