Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Bananlı Yeni İl tortu Resepti, Bananlı Yeni İl tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Bananlı Yeni İl tortu

Son yenilənmə tarixi 07/10/2023 by Leyla Xanım

bananliyeniiltortu

reklam



Ərzaqlar:

Xəmiri üçün:

2 ədəd yumurta

1 su stəkanından1 barmaq az şəkər tozu

1 s.st.duru yağ

9 xörək qaşığı un

1 paket vanilya

1 paket qabartma tozu

1 limon qabığı rəndəsi

Kremi üçün:

bananlı hazır pudinq

3 stəkan süd

Üzəri üçün:

qırılmış fındıq

İçi üçün:

1 portağal

1 banan

2 kivi


Hazırlanması:

Şəkər tozu və yumurtanı mikserdə çırpın.Sonra xəmir üçün olan digər ərzaqları əlavə edib qarışdırın.Yağlanmış siniyə töküb bişirin.Bişmiş bikviti ortadan ikiyə bölün.Digər tərəfdə də qazana 3 stəkan südü və hazır bananlı pudinq paketini südün üzərinə boşaldıb qatılaşana qədər bişirin.Meyvələri  dilimləyib hazırlayın.

Soyumuş biskvitin üzərinə qarışdıraraq soyutduğunuz(üzəri qabıq bağlamaması üçün)pudinqli krema qarışımını tökün.

Üzərinə halqa şəklində doğradığınız meyvələri düzün.

Digər biskvit parçası ilə üzərini qapatın.

Qalan kremi üzərinə sürün.

Sonda üzərinə fındıq qırıqları sərpin. Afiyət olsun.

Cox az bir zamanda hazırlana bilən Yeni ilə yaraşan gözəl və zərif bir tort süfrənizi bəzəyəcəkdir.

QEYD: Keki çox bişirməyin . Qızarmadan çıxarın.Qurumasın. Həmdə ağappaq və yumuşacıq olsun .İstədiyiniz meyvələrlə hazırlaya bilərsiniz.(ananas,vişnə,çiyələk və s.)

Sadəcə bananla da hazırlanır.

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani