Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ballı Çörək Resepti, Ballı Çörək Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Ballı Çörək

Son yenilənmə tarixi 31/07/2023 by Leyla Xanım

ballicorek

reklam



Ərzaqlar:

Təxminən 27-30 çörək üçün

115 qram kərə yağı
1 stəkan süd
yarım stəkan bal
yarım stəkan ilıq su
2 paket (hər paket 7 qram olmaq şərtilə) quru maya
2 xörək qaşığı şəkər tozu
2 çay qaşığı duz
2 yumurta  – azca çalın
6 stəkan – 6 stəkan yarıma qədər un
üstünə sürtmək üçün kərə yağı


Hazırlanması:

Bir qazanda kərə yağını əridin və kənara çəkin. Üstünə süd və balı əlavə edib qarışdırın.

Bir  qabda (ləyəndə) su, maya və şəkəri qarışdırın. Qoyun kənarda 7-8 dəqiqə ərzində qalsın. Südlü qarışığı mayalı qarışığa əlavə edin. Qarışdırın. Yumurtaları əlavə edin. 4 stəkan un və duzu əlavə edib  qarışdırın. Qalan unu da əlavə edib yumuşaq, lakin ələ yapışmayan xəmir əldə edənədək yoğurun. (DİQQƏT – unun hamısını birdən əlavə etməyin, çünki bəlkə 6 stəkan un kifayət olar).

İri qabın içini azca duru yağla yağlayıb hazırladığınız xəmiri  qaba yerləşdirin. Üstünü örtüb 1 saatlığına gəlməsi üçün kənara qoyun. Bİr saat sonra yumruğunuzla xəmirin üstünə basın ki, xəmirdə yığılan qaz çıxsın. Sonra yenidən üstünü örtüb bir saat daha gəlməsini gözləyin. Gəlmiş xəmiri bir az yoğurub eyni ölçüdə olan yumru kündələrə ayırın.

Kündələri 22 X 33 sm ölçüsü olan yağlanmış listə (kənarları bir az hündür olan) yan-yana düzün – kündələr bir birinə cox yaxın olmalıdırlar. Listi 1 saatlığına kənara qoyun ki, kündələr şişsin.

Sobanı 190C dərəcəyədək qızdırın. Çörəkləri 25 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin. Sobadan çıxan kimi, çörəklərin üstünə kərə yağı sürtün. Bu, çörəklərin üstünü həm yumuşaldacaq, həm də parlaq edəcək.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha] [bws_google_captcha]

0 Trackbacks

Azerbaijani