Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Badımcan Dolması Resepti, Badımcan Dolması Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Badımcan Dolması

Son yenilənmə tarixi 19/09/2023 by Leyla Xanım

badimcandolmasi

reklam



Ərzaqlar:

qoyun əti – 163 q,
badımcan – 300 q,
baş soğan – 20 q,
ərinmiş yağ – 20 q,
pomidor – 50 q,
göyərti (reyhan, keşniş) – 15 q,
darçın – 0,2 q,
qatıq – 50 q,
istiot -0,1 q, duz.


Hazırlanması:

Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani