Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Badamlı Borucuq Resepti, Badamlı Borucuq Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Badamlı Borucuq

Son yenilənmə tarixi 01/11/2023 by Leyla Xanım

badamliborucuq

reklam



Ərzaqlar:

410 q buğda unu
185 q xama
100 q kərə yağı
220 q badam
180q şəkər tozu
5 q hil
35 q şəkər pudrası
10 q maya
3 q konyak
duz

 


Hazırlanması:

Una kərə yağı, xama, şəkər pudrası, duz və maya əlavə edib xəmir yoğurun.
İç hazırlamaq üçün badamın qabığını təmizləyin, qurudub maşından keçirin. Şəkər tozu, hil və konyakla qarışdırın.

Xəmir acıdıqdan sonra 40 qramlıq kündələr tutun. Lent kimi yayın. Arasına iç qoyun, borucuq şəklində bükün. Yağlanıb perqament döşənmiş siniyə düzün, üzərinə yumurta sarısı çəkib 170-180 dərəcə C temperaturda sobada bişirin. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz. Nuş olsun!


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani