Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Azərbaycan Tortu Resepti, Azərbaycan Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Azərbaycan Tortu

Son yenilənmə tarixi 14/09/2023 by Leyla Xanım

azerbaycantortu

reklam



Ərzaqlar:

3 yumurta
300 qr. şəkər tozu
100 qr.duru yağ
300-350 qr.un
1 paket qabartma tozu
1 paket vanilya

Kremi üçün:
600 qr. süd
6 x/q. şəkər tozu
3x/q. un
1 x/q. marqarin və ya kərəyağı
1 paket vanilya

Üzəri üçün:
banan,limon suyu,şəkər kirşanı


Hazırlanması:

Bütün tortlarda olduğu kimi əvvəlcə tortun keksini hazırlayın.
Yumurta və şəkər tozunu ağaranadək mikserlə çırpın.Üzərinə duru yağı əlavə edib qarışdırın.
Ün,vanilya,qabartma tozu ələnib qarışdırılmış unlu quru qarışımı bu duru qarışıma əlavə edərək 4-5 dəqiqə çırpın Yuvarlaq bir qaba töküb 180 dərəcədə üzərini çox qızartmadan bişirin.
Kremi hazırlamaq üçün süd,şəkər tozu,unu,vanilyanı qarışdırıb bir qazanda qatılaşana qədər bişirin.Sonda üzərinə marqarini əlavə edib qarışdırın. Bu kremin ən önəmli nöqtəsi onu soyuyana qədər çırpmaqdır.Bu krem sakkız kimi olur şəkildəndə bunu anlamaq mümkündür.
Duxovkadan çıxartdığınız keksi əvvəlcə bıçaqla kəsərək daha sonra isə həmin yerdən sapla iki tərəfli çəkərək ikiyə bölün.
Böldüyünüz tortun üzərinə qarışdıra qarışdıra soyutduğunuz kremin yarısını tökün.Kremin üzərinə limon suyuna batırıb sonra quruladığınız banan dilimlərini düzün.(banan qaralmasındeyə)İkinci keks parçasını qoymadan əvvəl bananın üzərinə yenə kremin qalan hissəsini töküb keksin ikinci parçasını qoyun.
Sonda şəkildəki kimi üzərinə ələklə şəkər kirşanı(pudra şəkəri) səpin.NUŞ OLSUN.

QEYD: Asan tortdur.Uzun-uzun yazmağımın səbəbi anlaşılır olsun deyə.

 


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani