Son yenilənmə tarixi 13/10/2023 by Leyla Xanım
Ərzaqlar:
Pomidor – 60 q.
Xiyar – 45 q.
Göy soğan – 15 q.
Baş soğan – 20 q.
Qırmızı turp – 40 q.
Xama – 30 q.
Şüyüd – 10 q.
İstiot
Duz
Hazırlanması:
Pomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur. Ortasına doğranmış göy soğan tökülür. Baş soğan halqavarı doğranıb pomidirun üstünə düzülür, duz, istiot və xama əlavə edilir. Üzərinə xırda doğranmış şüyüd səpilir, kənarlarına yaşıl kahı yarpağı düzülür.
Bəzən salata iri doğranmış motal pendiri və təzə nanə də əlavə edilir.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
Əla ıla