Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Armud Şəkilli Poğaça Resepti, Armud Şəkilli Poğaça Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Armud Şəkilli Poğaça

Son yenilənmə tarixi 10/01/2024 by Leyla Xanım

armudsekillipogaca

reklam



Ərzaqlar:

Xəmiri üçün:
200 qr. qatıq
200 qr. duru yağ
1 ç.qaşığı duz
1 paket qabartma tozu
Un

Üzəri üçün:
Qaleta unu
1 yumurta
2-3 ədəd vermişel çubuğu

İçi üçün:
kəsmik(tvoroq) və ya ağ pendir


Hazırlanması:

Qatıq və duru yağı çırpın. Üzərinə duz və qabartma tozu qatılmış unu əlavə edib ələ yapışmayan bir xəmir yoğurun. Hazırladığınız xəmirdən qoz böyüklüyündə alıb yayaraq ortasını açaraq pendir qoyun. Sonra ağzını bükərək əlinizlə armud şəklini verin. Boşqabda çırpdığınız yumurtaya batırıb sonra qaleta ununa bulayın.
Yağlanmış və ya yağlı kağız sərilmiş listə düzün. Başına vermişel çubuqlarından batıraraq armuda oxşadırıq.
180 dərəcədə üzəri qızarana qədər bişiririk. NUŞ OLSUN.

QEYD: qalet ununu hazırlamaq üçün bayat əkməkləri qurudub ətçəkən maşında və ya mətbəx robotunda çəkin.
hazır marketlərdə də satılır.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani