Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Almalı Piroq Resepti, Almalı Piroq Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Almalı Piroq

Son yenilənmə tarixi 14/10/2023 by Leyla Xanım

almalipiroq

reklam



Ərzaqlar:

2-3 alma
150 q marqarin
150 q xama
3 st. un
1 st. şəkər tozu
2 yumurta
4 x.q. alma cemi
vanil


Hazırlanması:

Yumurtaların sarısını ağından ayırıb yarım stəkan şəkər tozuyla çalın, yumşaldılmış marqarin, vanil, xama və un əlavə edib xəmir yoğurun.
Yumurtanın ağını qalan şəkər tozuyla qatı köpük alınana qədər çalın. Almaları nazik dilimləyin.

Dərin siniyə xəmiri elə yayın ki, qabın divarını da tutsun, divarboyu cem yaxın (azca dibinə də çəkmək olar). Almaları xəmirin üstünə düzün, ikinci (yumurta ağı ilə olan) qarışığı almaların üzərinə tökün. Sobada 180 dərəcə istidə 30 dəqiqə bişirin. Afiyət olsun!


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha] [bws_google_captcha]

0 Trackbacks

Azerbaijani