Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Almalı Piroq Resepti Resepti, Almalı Piroq Resepti Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Almalı Piroq Resepti

Son yenilənmə tarixi 19/10/2023 by Leyla Xanım

almalipiroq2

reklam



Ərzaqlar:

1 s. st. şəkər  kirşanı (pudrası)
3 x./q. nişasta
1 yumurta
1 paket qabartma tozu
1 paket vanilya
1 paket marqarin(250 qr.)
Aldığı qədər un

Üzəri üçün:
Şəkər kirşanı
İçi üçün:
3 ədəd alma
darçın
2 x./q. şəkər tozu


Hazırlanması:

İçini hazırlayaq ki soyusun. Almaları soyub sürtgeçdən keçirin.İçinə darçın və şəkər tozunu  qoyub  cem (povidla)  kimi bişirin.İstersəniz bişdikdən sonra içinə qoz qırıntıları da tökə bilərsiniz.

Xəmiri üçün otaq temperaturundakı marqarinin üzərinə digər  ərzaqları da qatıb yoğurun. Xəmirdən bir yumurta boyda alıb əlinizdə yuvarlayaraq içini barmağınızla oyub  1 qaşıq almalı cemdən içinə qoyub  təkrar yuvarlayın.Yağlı kağız sərilmiş duxovkanın listinə  düzüb 180 dərəcədə  üzəri qızarana qədər bişirin. Soyuduqdan  sonra  üzərinə şəkər kirşanı səpin.  NUŞ OLSUN!

QEYD: Tort , keks , şirniyyat hazırladığınızda  mütləq yumurta , yağ,  marqarin otaq temperaturunda olmalıdır. Hazırlamaya başladan 15 dəqiqə  əvvəl soyuducudan çıxardın ki, keksiniz  tortunuz daha yaxşı qabarsın.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. PİYALƏ dedi ki:

    gozeldi 2 deqiqeyq bisircem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani