Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Albalı Mürəbbəsi Resepti, Albalı Mürəbbəsi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Albalı Mürəbbəsi

Son yenilənmə tarixi 21/10/2023 by Leyla Xanım

albalimurebbesi

reklam



Ərzaqlar:

1 kq gilənar
1 kq şəkər tozu
150 ml su

Bu ölçüləri artıtabilərsiniz.


Hazırlanması:

Gilənarın saplağını təmizləyib yuyun. Aşsüzənə yığın.
Sirop hazırlamaq üçün şəkər tozunu ləyənə töküb üzərinə su əlavə edin. Şəkər tozu tam əriyənədək vam odda bişirin.
Meyvəni qaynar siropa tökün, qarışdırıb 6-8 saat saxlayın.
Sonra ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın, söndürün. Sonra daha 6-8 saat saxlayıb, yenə 10 dəqiqə qaynadın.
Gilənar mürəbbəsini yığdığınız bankaları sterilizə etmək vacibdir. Bunun üçün iri qazana su töküb qapaqları və ağzıaçıq bankaları üzüaşağı içinə qoyaraq təxminən 15-20 dəqiqə qaynadın.
Hazır mürəbbəni sterilizə edilmiş bankalara yığıb qapaqlarını bağlayın, bankaları tərs çevirin. Soyuyanda düzəldin.

Su ilə bişirilən zaman mürəbbənin rəngi biraz tünd olur.

milli.az

Susuz bişirmək üçün;

1kq albalı üzərinə 1kq şəkər tozu tökülüb 3-4 saat saxlanır. Albalı su buraxdıqdan sonra odun üzərinə qoyulub vamla bişirilir.

 


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani