Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ağ Təhlə Şirniyyatı – Rəna Xanım Resepti, Ağ Təhlə Şirniyyatı – Rəna Xanım Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Ağ Təhlə Şirniyyatı – Rəna Xanım

Son yenilənmə tarixi 03/10/2023 by Leyla Xanım

agtehlesirniyyatiRəna Xanım ‘ın resepti:

reklam



Ərzaqlar:

Keks üçün:
3 yumurta
0,5 s.st. şəkər   tozu
0,5 s. st. duru yağ
1  s. st.  qalet unu
1  s. st.  qırılmış qoz
1  s. st. kokos
1 paket qabartma tozu

Kremi üçün:
1  litrə süd
1 s. st. nişasta
0,5 s.st. şəkər
1 paket vanilya

Siropu üçün:
2 s. st. su
1,5  s. st. şəkər tozu
1 paket vanilya

Krem hazır olduqdan sonra;
krem üçün 1 paket krem şanti


Hazırlanması:

Siropu hazırlayaq ,çünki  şirniyyatımız bişənə qədər soyumalıdır. Bir qazana suyu və şəkəri töküb qaynadın. Qaynamaya başladığında  ocağın altını azaldıb vam xodda  15 dəqiqə qaynadın. Sonda ocağı söndürüb vanilyanı əlavə edin.

Keks üçün yumurtaları və şəkəri  miksərlə çırpıb digər ərzaqları da əlavə edib qarışdırın.Yağlanmış  bir qaba tökərək 160 dərəcədə  30 dəqiqə  bişirin.Duxovkadan çıxan kimi isti  keksin  üzərinə soyuq siropu tökün.
Keks duxovkada bişərkən  siz də kremini hazırlayın.
Kremi üçün süd,  nişasta və şəkəri qazana töküb qarışdıraraq qaynadın. Qaynamaya başladıqdan 3-4 dəqiqə sonra ocaqdan alın   və üzərinə krem şantinin tozunu tökün.Mikserlə  5 dəqiqə çalıb  soyumuş siroplu keksin üzərinə bu kremi yayın.Üstünə kokos tökün. Sadəcə reseptlər.com. da olan bu gözəl Azərbaycan şirniyyatınızı  soyuducuda 2 -3 saat saxladıqdan sonra servis boşqablarında istediyiniz kimi bəzəyə bilərsiniz.

QEYD: Kokos yerinə qoz, fındıq da ola bilər.

agtehlesirniyyati2.3

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

0 Yorum

[bws_google_captcha]

1 Trackbacks

  1. Tava Kababı - Küftələr - Küftə Reseptləri - Reseptler.com

    […] (yoxsa ət maşınında) çəkərək bankalara qoyub ağzını bağlayın. Reseptler.com da ağ təhlə şirniyyatı qəlet unu ilə hazırlanır. Qızartmalarda,börəklərdə istifadə […]

Azerbaijani