Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ad Günü Tortu (2 yaş) Resepti, Ad Günü Tortu (2 yaş) Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Ad Günü Tortu (2 yaş)

Son yenilənmə tarixi 29/08/2023 by Leyla Xanım

adgunutortu2yas

Rəna xanımın resepti;

reklam



Ərzaqlar:

Keks üçün:
7 ədəd yumurta
16 x/q.şəkər tozu
16 x/q. un
2 ədəd qabartma tozu

Arasını kremləmək üçün:
1 paket vanilyalı pasta kreması
(marketlərdə satılır)

Üzəri üçün:
3 paket krem şanti(içində 6 ədəd vardır)


Hazırlanması:

Keksi hazırlamaq üçün yumurta və şəkəri tam ağaranadək yaxşıca çırpın.
Sonra qabartma tozu ələnmiş una qarışdıraraq taxta qaşıqla bu un qarışımını yumurtalı qarışıma əlavə edin.
Taxta qaşıqla yavaşca qarışdırın.
Qarışımın üçdən ikisini yağlanmış (və ya altına yağlı kağız sərilmiş) yuvarlaq siniyə tökün.
Qalan üçdən bir qarışımı da uzunsov bir qaba tökərək 180 dərəcədə təxminən 30 dəqiqə bişirin.
Qabların ikisidə eyni vaxtda yan yana sığarsa eyni vaxtda bişirin.Sığmazsa ayrı ayrı bişirin.
İlk 20 dəqiqədə duxovkanın ağzını qətiyyən açmaq olmaz,çünki biskvit qabarmaz.Qabarmış olan da çökər.
Bişən keksləri soyumaq üçün bir kənara qoyun.
Pasta kremasını və krem şantiləri üzərində yazdığı kimi soyuq südlə hazırlayın.
Soyuyan keksləri ortadan ikiyə bölün.Aralarına pasta kremasını sürün.
Yuvarlaq keksin ortasını bir yuvarlaq kasa ilə şəkildə gördüyünüz kimi kəsin.
Çıkan yuvarlaq 2-nin sonuna qoyulacaq
Sıfır şəkli alındıqdan sonra yanından (şəkilə bax) C şəklində kəs.
C 2 rəqəminin orta hissəsini uzunsov keks isə 2-nin altını ortadan kəsilən yuvarlaq isə 2-nin quyruğunu əmələ gətirir.
Şəkilə baxaraq 2-nin parçalarını birləşdirin.
Tortu böyük bir sininin üzərində hazırlayın.Üzərinə krem şanti sürün.
Üzərini şokoladla vəya şokolad sousu ilə istədiyiniz kimi bəzəyə bilərsiniz. NUŞ OLSUN!
QEYD: Bu rəqəmləri dəyişdirə də bilərsiniz.Məsələn yuvarlaq keksi ikiyə bölərək 3 rəqəmini düzəldə bilərsiniz
Ad günü tortu kimi hazırlaya bilərsiniz.Bu verdiyim resept təxminən 30 nəfərlikdir.
Bu resept çox asan hazırlanır,mən şəkili sözlərlə anlatmaq istədim. Ona görə resept uzun yazılmış kimi görünür.

adgunutortu2yas1adgunutortu2yas2adgunutortu2yas3

adgunutortu2yas


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani