Son yenilənmə tarixi 16/09/2023 by Leyla Xanım
Ərzaqlar:
Toyuq əti-500 q,
buğda unu-400 q,
baş soğan-80 q,
keşniş-60 q,
yumurta -1 əd,
sirkə və ya abqora-60 q,
duz,
istiot
Hazırlanması:
Əriştə bir qayda olaraq toyuq və cücə bulyonunda bişirilir. Bulyon hazırlamaq üçün toyuq bütöv suda bişirilir. Qazana bir baş soğan atırlar. Ət bişdikdən sonra bulyonu süzürlər. Buğda ununa duz, yumurta qatıb bərk xəmir yoğrulur və kündələnir. Kündələr 0,5-1 mm qalınlığında yayılır. Yuxanı urvalayıb oxlovla buküb uzununa iti bıçaqla kəsirlər. Oxlovu çuxarıb qatlı yuxaları 2 mm enində bıçaqla doğrayırlar. Azacıq un səpərək qarışdırırlar ki, xəmir parçaları bir-birinə yapışmasın. Doğranmış əriştələri barmaqlar arasında silkələyirlər ki, artıq un qalmasın, sonra onu hazır bulyona tökürlər. Qazanda əriştə bir-birinə yapışmasın deyə aramla qarışdırmaq lazımdır. Əriştə 8-10 dəq bişir. Süfrəyə dərin boşqablarda verilir, içinə ət tikələri salınır. Üzərinə keşniş səpilir. Sirkə və ya abqora ayrıca verilir.
Qurman.az
Tshk
məncə dadlı deyil.yenə də əməyə hörmət olaraq təşəkkürlər.