Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Əli Nazik Kababı Resepti, Əli Nazik Kababı Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Əli Nazik Kababı

Son yenilənmə tarixi 07/01/2024 by Leyla Xanım

alinazikkababi

reklam



Ərzaqlar:

3 badımcan
2 pomidor
1 limonun suyu
250 qram çəkilmiş quzu əti
2-3 diş sarımsaq
4-5 cəfəri
4-5 bibər
0,5 kiloqram qatıq
1 qaşıq kərə yağı
Nanə
Duz
Qara bibər
Kəklikotu
Pul bibər


Hazırlanması:

Badımcanları gözləyin, sonra soyub limonlu suya qoyun. Döyülmüş quzu ətinə duz, qara bibər, cəfəri, nanə, kəklikotu və 1 din sarımsağı yaxşıca doğrayaraq əlavə edin. Daha sonra doğranmış ispanağı əlavə edərək yaxşıca yoğurun.

Ətdən qoz böyüklükdə parçalar qopararaq uzun, yastı küftələr hazırlayın və şişə keçirin.
Teflon tavaya yağ tökün, isidin, ət parçalarını orada ahəstə şəkildə qızardın.
Badımcanları incə şəkildə doğrayın, üzərinə sarımsaqlı qatıq töküb qarışdırın.
Bişmiş küftələri badımcanın üzərinə əlavə edin, pomidor və bibərlə bəzəyin. İstəsəniz, pomidor və bibəri də közləyə bilərsiniz.
Kərə yağına pul bibər əlavvə edərək əridin və küftələrin üzərinə tökün.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. NAZILE dedi ki:

    YAXSIDIR AGZIMIN SUYU AXDI LAAAAAAAAAAAAAAAAAAAAAP……………

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani