Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ət Batonu Resepti, Ət Batonu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Ət Batonu

Son yenilənmə tarixi 27/12/2023 by Leyla Xanım

etbatonu

reklam



Ərzaqlar:

300-400 q dana farşı
1 baş soğan
şirin bibər
suxarı
cəfəri
göy soğan
1 yumurta
parmezan pendiri
tomat sousu
duz
istiot


Hazırlanması:

Soğanı, bibəri, cəfərini doğrayın. Farşla qarışdırın. 1 yumurta, stəkanın üçdə biri qədər suxarı və bir qədər sürtgəcdən keçirilmiş parmezan pendiri, azca duz, istiot əlavə edin. Yoğurub dördbucaq çörək batonu formasına salın.

Dərin siniyə qoyun, üzərinə tomat əlavə edin, sobada bişirin. 20-30 dəqiqədən sonra sobadan çıxararaq üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpin ki, qızarsın. Ümumilikdə 50-70 dəqiqə bişirin.

Qarnir kimi kartof püresindən istifadə etmək olar. Bunun üçün püre hazırlayın. Onu çuqun tavaya qoyub üzərinə bitki yağı çəkin, doğranmış göy soğan və parmezan pendiri səpib üstü qızaranadək sobada bişirin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani